Baku TV Vətən müharibəsində qəhrəmancasına şəhid olan Vüsal Dəmirovun ailəsini ziyarət edib.
Şəhidin anası Nüşabə Dəmirova Vüsalın dostları vasitəsilə ona çatdırdığı son sözündən danışıb:
“Dostları müharibədən gələndə Vüsalın son sözünü çatdırdılar. Vurulanda Tahir adlı dostunu çağırıb ki, anama deyərsən, onu şəhid anası etdim. Başını uca tutsun”.
Şəhidin bacısı Vüsalə Dəmirova isə qardaşı ilə bağlı xatirələrindən bəhs edib:
“Mənə həm ata, həm də qardaş olub. İkimiz də cüdoçu idik, birlikdə idmana gedirdik. Nəinki üzülməyə, gözümdən bir damla yaş çıxmağına belə imkan verməzdi”.
Qeyd edək ki, Vüsal Dəmirov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
www.RIA24.az