İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS ilə mübarizədə bütün məhdudiyyətlərin aradan qaldırılması əmrini verib.
Bu sözləri nazir axşam saatlarında Qəzza zolağı ilə sərhəddə əsgərlərlə görüşü zamanı deyib:
“Biz vəziyyəti nəzarətə götürdük və tammiqyaslı hücuma başlayırıq. Qiyməti gördünüz, indi isə dəyişikliyin şahidi olacaqsınız. HƏMAS Qəzzada dəyişiklik istəyirdi və bu, onların düşündüklərindən 180 dərəcə fəqli olacaq. Onlar peşman olacaqlar – Qəzza əvvəlki vəziyyətinə qayıtmayacaq. Holokostdan sağ çıxanları öldürməyə gələn hər kəs maksimum güclə və güzəştə getmədən məhv ediləcək”, – Qalant qeyd edib.
Mənbə: mignews.com
www.102info.az