Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
Qardaş ölkənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, tərəflər İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə edib və Türkiyənin vasitəçilik səyləri ilə günahsız mülki şəxslər üçün bölgəyə humanitar yardımın çatdırılması imkanlarını dəyərləndiriblər.
Söhbət zamanı Prezident Ərdoğan qeyri-mütənasib güc tətbiqinin vəziyyəti daha da böyük çıxılmaz vəziyyətə salacağını vurğulayıb və tərəflərin təmkinli davranmasının, impulsiv addımlardan qaçmasının çox vacib olduğuna işarə edib.
Mənbə: Anadolu
www.102info.az