Finlandiya və Estoniya arasında sualtı qaz kəməri ilə qazın nəqli sızma səbəbindən dayandırılıb.
Bu barədə Finlandiyanın qaz nəqli sisteminin operatoru olan “Gasgrid” şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bağlanma qərarı təzyiqin qeyri-adi enməsi aşkar edildikdən sonra verilib.
Sızma artıq aradan qaldırılıb, hazırda mavi yanacağın tədarükü Finlandiyanın İnkoo limanında üzən LNG terminalı vasitəsilə həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.
Öz növbəsində, Estoniya tərəfi bəyan edib ki, “Balticconnector” sualtı qaz kəməri partladılmayıb, o, başqa cür zədələnə bilərdi.
Estoniya Geoloji Mərkəzinin aparıcı seysmoloqu Heydi Soosalunun sözlərinə görə, ekspertlər hadisənin baş verdiyi ərazidə heç bir təkan qeydə almayıblar.
Mənbə: life.ru
www.102info.az