İsrail gecə ərzində Qəzza zolağında 80-dən çox hədəfə zərbə endirib

Dünya


İsrail Müdafiə Ordusu (SAXAL) dünən gecə Qəzza zolağının Beyt Hanun şəhərində HƏMAS-ın 80-dən çox hədəfinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində SAXAL qırıcıları Qəzza zolağında Beyt Hanunda 80-dən çox hədəfi vurub”, – deyə ordunun “Telegram” kanalında paylaşdığı məlumatda deyilir.

Hədəflər arasında İsrail ordusunun məlumatına görə, HƏMAS tərəfindən istifadə edilən iki bank şöbəsi, yeraltı tunel və HƏMAS-ın iki əməliyyat komandanlıq mərkəzi olub.

SAXAL, həmçinin HƏMAS-ın şimal briqadasının qərargahının, “İslami Cihad” komandanlıq mərkəzinin və İsrail hərbçilərinin məlumatına görə, silah anbarının və “İslami Cihad” yaraqlıları üçün bazanın yerləşdiyi məscidə zərbə endirdiklərini elan edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir