İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın qurucusu Şeyx Əbdülfəttah Duxan(“Əbu Üsamə”) öldürülüb.
Bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar.
Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.
www.102info.az