İranın Xuzistan əyalətində yaşayış evində məişət qazının partlaması nəticəsində səkkiz nəfər həyatını itirib.
Qeyd olunur ki, hadisə Əhvazdan 15 kilometr aralıda yerləşən Djariye kəndində baş verib.
Hadisənin baş verdiyi yaşayış evində iki ailə yaşayıb.
Partlayış gücündən yaşayış evi tamamilə dağılıb.
Hadisə nəticəsində ikisi uşaq olmaqla azı dörd nəfər yaralanıb.
Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.
Mənbə: Khabarban.com
www.102info.az