Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü (Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb.
Mənbə: Sputnik Ermənistan
www.102info.az