Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Mərdəkan sakini Rafiq Mirzəyev köhnə adətlərdən danışıb.
Bakılı ağsaqqal indiki gənclərin geyim tərzindən gileylənib:
“Metroda bir də görürsən, kişi oturub, dizləri görünür. O vaxtkı abır-həya qalmayıb. Mərdəkanda başıaçıq gəzən bir nəfər var idi. Heç kəs papaqsız gəzmirdi”.
R.Mirzəyev ailə münasibətlərindən danışarkən həyat yoldaşı ilə evliliyini nümunə çəkib:
“51 il birlikdə yaşamışıq, bir dəfə də problem yaşamamışıq. Dörd ildir vəfat edib, hələ də şəkli telefonumdadır. Hər səhər oyanan kimi birinci ona baxıram”.
Ətraflı süjetdə:
www.102info.az