Kolumbiyanın ərazi sularında səkkiz Azərbaycan vətəndaşı xilas edilib

Dünya


Səkkizi Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 31 miqrant Mərkəzi Amerikaya gedərkən Karib dənizindəki San Andres adası yaxınlığında xilas edilib.

Kolumbiya Hərbi Dəniz Qüvvələrindən verilən məlumata görə, onlar əvvəlcə Nikaraqua, daha sonra isə ABŞ-yə çatmağa çalışıblar.

Bildirilir ki, miqrantları daşıyan qayığın göyərtəsində 13 Ekvador, 9 Venesuela, 8 Azərbaycan və 1 Çili vətəndaşı olub. Həmçinin, miqrantlarla yanaşı, iki nəfər ekipaj üzvü də saxlanılıb.

Xilas edilən miqrantlar Kolumbiya Miqrasiya Komitsinə, Kolumbiya vətəndaşı olan iki ekipaj üzvü isə ölkə prokurorluğuna təhvil verilib.

Mənbə: vozdeamerica.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir