Sahil Babayev: “Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb”

Cəmiyyət


Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq ötən 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb.

Bu barədə dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O qeyd edib ki, ötən 20 illik dövrdə sosial sahəyə xüsusi qayğı ilə yanaşıldı, yoxsulluq kəskin şəkildə azaldıldı. “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” deyən Prezident sosial müdafiə və məşğulluq proqramlarını ildən-ilə genişləndirdi, sosial təminat sistemini gücləndirdi.

“Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə,  əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb” deyən nazir pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 mlrd. manata çatdığını bildirib.

“Minimum və orta aylıq pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (AQP) üzrə MDB ölkələri, Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan birinci və ikinci yeri tutur” – Sahil Babayev qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir