AVRO-2024: Bu gün iki komanda final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər

Dünya


AVRO-2024-ün seçmə mərhələsində VIII tur davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün daha üç qrupda ümumilikdə yeddi oyun keçiriləcək.

F qrupunda yer alan Azərbaycan millisi Avstriyanı qəbul edəcək. Qonaq komanda Bakıda qələbə qazanarsa, qrupun lideri Belçikadan sonra final mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

B qrupunda isə Yunanıstan hədəfinə çata bilər. Bunun üçün yunanlar doğma arenada Niderlandı minimum dörd top fərqi ilə məğlub etməlidirlər.

AVRO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

B qrupu

22:45. Yunanıstan – Niderland

22:45. Cəbəllüttariq – İrlandiya

Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya – 3 (6), Cəbəllüttariq – 0 (5)

F qrupu

20:00. Azərbaycan – Avstriya

22:45. Belçika – İsveç

Xal durumu: Belçika – 16 (6), Avstriya – 13 (6), İsveç – 6 (5), Azərbaycan – 4 (5), Estoniya – 1 (6)

J qrupu

22:45. Bosniya və Herseqovina – Portuqaliya

22:45. İslandiya – Lixtenşteyn

22:45. Lüksemburq – Slovakiya

Xal durumu: Portuqaliya – 21 (7), Slovakiya – 13 (7), Lüksemburq – 11 (7), Bosniya və Herseqovina – 9 (7), İslandiya – 7 (7), Lixtenşteyn – 0 (7).

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir