İngiltərədə pişik yüksək mırıltısı ilə dünya rekordu qırdı – FOTO/VİDEO

Maraqlı


Böyük Britaniyanın Hantinqton şəhərində sahibi ilə birlikdə yaşayan 14 yaşlı Bella ləqəbli pişik çox yüksək səslə mırıldayır. Ev heyvanının mırıltısı Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən qeydə alınıb. Pişiyin mırıltısının gücü 54,59 dB təşkil edib. Təşkilatın saytında bunu qaynayan çaydan və ya işləyən paltaryuyan maşının səsi ilə müqayisə ediblər.

Sahibi Nikol Spinkin sözlərinə görə, Bella bütün günü bu rejimdə mırıldayır və xüsusilə televizor açıq olan zaman onun səsi daha da yüksəlir.

Rekordu təsdiqləmək üçün pişiyin mırıltısı səs rejissoru və peşəkar yüksək həssas mikrofondan istifadə etməklə qeydə alınıb. Sonra pişiyi yedizdirib, avadanlıqların qarşısına uzadıb sığallamağa başlayıblar. Sertifikatlaşdırılmış təlimatlara əsasən, bu zaman istifadə edilən səs səviyyəsini ölçən cihaz Belladan 1 m, həmçinin döşəmədən 1 m məsafədə yerləşdirilib. Ginnes Kitabının nümayəndələri bunun necə baş verdiyini videoya çəkiblər.

Qeyd edək ki, pıçıltı zamanı səs səviyyəsi təxminən 20-24 dB, qışqırıq zamanı isə 60-65 dB təşkil edir. Beləliklə, Bellanın mırıltı səsi adi söhbətdən daha çox qışqırığa yaxındır.

Mənbə: RBC

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir