Bankın vəzifəli şəxslərinin işi yenidən apellyasiya məhkəməsinə qaytarılıb

Kriminal


“Nikoil” İKB Açıq Səhmdar Cəmiyyətinin (indiki Yelo Bank) Sumqayıt filialının vəzifəli şəxsləri Zaur Ramazanov və digərlərinin kassasiya şikayətinə baxılıb.

APA xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin mümkünlüyünü araşdırmaq üçün iş apellyasiya məhkəməsinə qaytarılıb.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə saxtakarlığı edərək bankın işçilərinə məzmununda yalan məlumatlar olan biznes kreditinin rəsmiləşdirilməsinə nail olaraq bankın onlara etibar edilmiş 192 min manat məbləğində vəsaitini mənimsəmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlayıb.

Həmçinin istintaqın gedişində qeyd olunan vəzifəli şəxslərin dələduzluq edərək vətəndaşların kreditlə aldıqları 451 min manat məbləğində olan əmlaklarını və nağd pul vəsaitlərini kreditin ödənişinə yönləndirəcəkləri adı ilə aldadaraq ələ keçirdiklərinə dair şübhələr müəyyən olunub.

Törətdikləri əmələ görə, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə Ruslan Talıbov 10 il, Vüsal Quliyev və Elşən Xıdırov 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilən və barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş şəxslər də həbs ediliblər.

Ev dustaqlığına olan məhkəmə zalında həbs edilən 1962-ci il təvəllüdlü Nazim Şura oğlu İsmayılov 9 il, 1989-cu il təvəllüdlü Elçin Elşən oğlu Məmmədov 5 il, 1979-cu il təvəllüdlü Zaur Rəcəb oğlu Ramazanov 5 il, 1986-cı il təvəllüdlü Rauf Akif oğlu Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ev dustaqlığında olan digər şəxslərə isə şərti cəza verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir