Müğənnini öldürən əri barədə qərar verildi

Kriminal


Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini istəyib. Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir