“Ötən ayla müqayisədə ərazimizin atəşə tutulması 1,5-2 dəfə artıb. Sutkada orta hesabla təxminən 130-150 zərbə endirilir. Daha çox mülki yaşayış məntəqələri atəşə tutulur”.
Bu fikirləri “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri Yuri Malaşko bildirib.
O qeyd edib ki, zərbələr daha çox mülki infrastruktur obyektlərinə endirilir:
“Zərbələr nəticəsində sutkada orta hesabla 20-30 ev dağılır. Bunlar, əsasən, birmərtəbəli evlərdir. Müharibə başlayandan bəri Orexovoda 26-sı uşaq olmaqla 437 nəfər ölüb, 1 500-dən çox insan yaralanıb. Təxminən 50 nəfər itkin düşüb”.
Yuri Malaşko deyib ki, vilayətdə indiyədək səkkiz mindən çox bina dağılıb:
“Buraya həm vilayətin işğal altındakı, həm də nəzarətimizdə olan ərazilər daxildir. Ukrayna Silahlı Qüvvələri vilayətin dörd yaşayış məntəqəsini azad ediblər”.
www.102info.az