Martinikanın Azadlığı Partiyasının nümayəndəsi: “Məqsədimiz Fransanın neokolonial siyasətinə son qoymaqdır”

Dünya


“Fransa dahi insanların vətənidir, lakin bu, onun köləlik siyasəti yürütməsinə mane olmayıb. Milyonlarla insan bu ölkə tərəfindən soyqırımına məruz qalıb”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

“Qvadelupa və Martinika, həmçinin bir çox başqa ölkələr Fransanın neokolonial siyasətinə qarşı mübarizə aparır. Bizim çıxışlarımızın məqsədi bu siyasətə son qoymaqdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir