Fransa müstəmləkəçiliyi ifşa edildi

Siyasət


“Fransız Polineziyasının tezliklə müstəqilliyə qovuşacağına ümid edirəm”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Polineziya müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) deyib.

O bildirib ki, ölkəsi Fransa müstəmləkəçiliyindən  əziyyət çəkir.

“Dənizaşırı Fransa koloniyalarında yaşayan əhali əzab çəkir. Fransa stabilliyi və əməkdaşlığı təşviq etdiyini düşünür. Amma həqiqətdə belə deyil. Fransız Polineziyasında atom bombasının sınaqlarını keçirib. Bundan əhali əziyyət çəkib, etirazlar edib”, – deyə o əlavə edib.

O bildirib ki, Paris Fransız Polineziyasının təbii sərvətləri hesabına 25 milyard dollar qazanır.

“Fransa Polineziya xalqını saymır. Əksər vakansiyaları fransızlar tuturlar. Biz suveren olmaq istəyirik, müstəmləkəçiliyi sonlandırmaq istəyirik”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir