Bakıda məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
2008-ci il təvəllüdlü Tunar Rəşad oğlu Bayramovu yaşadığı mənzildə ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Nəticədə yeniyetmə həyatını itirib.
Qeyd edək ki, hadisə yerində dünyasını dəyişən yeniyetmə Biləsuvarın Ağalıkənd kəndinin sakinidir.
www.102info.az