İsrail hökuməti Qətərin “Al Jazeera” telekanalının ölkədəki filialını bağlamaq qərarına gəlib.
Hökumət kanalı dövlətin təhlükəsizliyinə zərər vuran media orqanı kimi qiymətləndirib.
“HƏMAS və terror təşkilatlarına xidmət edən “Al-Jazeera”nın verilişləri və materialları İsrailə qarşı təhrikdir”, – deyə İsrailin rabitə naziri Şlomo Kari bildirib.
Siyasətçi, həmçinin kanalın İsrailə qarşı zorakılığın təbliği və təşviqi ilə məşğul olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İsrailin xarici kəşfiyyat xidməti Mossad hökumətə “Al-Jazeera”nın jurnalistlərinin ölkədə fəaliyyətinə qadağa qoymağı tövsiyə etmişdi.
Mənbə: URA.ru
www.102info.az