“Böyük dövlətlər müstəmləkəçilik siyasətinin dağıdıcı nəticələrinə Azərbaycan kimi lazımi diqqət yetirməlidirlər”.
“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Kanak İşçiləri Həmkarlar İttifaqının xarici məsələlər üzrə koordinatoru Rok Xaokas deyib.
Onun sözlərinə görə, Yeni Kaledoniya, təəssüf ki, Fransadan daha da asılı vəziyyətə düşüb:
“COVID-19 pandemiyası zamanı Yeni Kaledoniyada referendum keçirilib, lakin onun nəticələri saxtalaşdırılıb. Fransanın təsiri hərbi və müdafiə sahəsində də müşahidə olunur. Yeni Kaledoniya sakinlərinin öz müqəddəratını təyin etmək hüququ var və biz problemin həlli yollarını axtarırıq. Kaledoniyalılar müstəqil və azad olmalıdırlar”.
www.102info.az