İsrail ordusu HƏMAS-ın yüksək rütbəli üzvünü öldürüldüyünü bildirib – FOTO

Dünya


İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın strateji silahların hazırlanması üzrə məsul olan yüksək rütbəli üzvü Mahmud Sabihin məhv edildiyini açıqlayıb.

Bu barədə SAXAL öz “Telegram” kanalında məlumat yayıb.

“SAXAL HƏMAS-ın strateji silah bölməsinin yüksək rütbəli üzvünü məhv edib”, – deyə İsrailin müdafiə idarəsi bildirib.

İsrail ordusunun bəyanatında qeyd edilib ki, Sabih pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasından məsul olan baş mühəndis vəzifəsində işləyib.

Xatırladaq ki, oktyabrın 14-də İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının hava qüvvələrinin rəhbəri, İsrailə hücuma rəhbərlik edənlərdən biri olan Merad Əbu Meradın məhv edildiyini elan etmişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir