Kanadanın baş naziri Hindistanı beynəlxalq hüququ pozmaqda ittiham edib

Dünya


Hindistan hökumətinin 41 kanadalı diplomatın gələcəkdə ölkədə qalması ilə bağlı hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının pozulmasıdır.

Bu barədə jurnalistlərə Kanadanın baş naziri Castin Trüdo bildirib.

“Hindistan hökumətinin bu həftə atdığı addımlar beynəlxalq hüquqa ziddir. Bu, Vyana Konvensiyasının pozulmasıdır”, – deyə o, vurğulayıb.

Trüdo belə bir qərarın diplomatik sülh üçün gələcəkdə başqa nəticələrə gətirib çıxara biləcəyini qeyd edib.

Baş nazir həmçinin qeyd edib ki, Yeni Dehlinin hərəkətləri Hindistan və Kanadada milyonlarla insan üçün həyatı inanılmaz dərəcədə çətinləşdirəcək.

Mənbə: ТАSS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir