Qərbi Azərbaycan Xronikası: Qərbi Azərbaycan incəsənəti barədə bilinməyənlər – VİDEO

Siyasət


Tarixi 1600-cü illərə qədər gedib çıxan qədim İrəvan teatrı hələ o zamanlar fransız səyyahı Jan Şardeni o qədər valeh edib ki, o, bu teatrı qərbin operasına bənzədib. Lakin zaman-zaman İrəvan tarixinin bütün keşməkeşləri bu teatrın da taleyindən yan keçməyib.

Bu barədə Baku TV-nin Qərbi Azərbaycan Departamentinin İrəvan Dövlət Azərbaycan Teatrına həsr etdiyi süjetində bəhs olunub.

Qeyd edilib ki, son bir əsrdə teatr 3-4 dəfə deportasiyalara uğrayıb, dağıdılıb, qovulub, təzyiqlərə məruz qalıb. Son qovulma tarixi 1989-cu ilə təsadüf edib. O vaxtdan Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən paytaxtın bir neçə ünvanlarına sığınıb.

Bildirilib ki, nə zamansa, tezliklə öz doğma ünvanında, İrəvanın səhnəsində pərdələrini açmağa əmin olan teatr bu gün öz 140 illiyini hələ də təmir olunub köçə bilməyən ünvanda keçirə bilmədiyinin təəssüfünü yaşayır:

“Niyə ölkə başçısının sərəncamı ilə teatrın 140 illik yubileyi tam keçirilə bilmir? Niyə teatra ayrılmış binanın tam təmiri yubanır?” – kimi sualların cavabı axtarılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir