“Düşünürəm ki, Cavad Zərifin Ermənistana səfərinin əsas məqsədi İrəvanı altı tərəfli əməkdaşlıq formatında – Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstanın iştiraka razı salmaqdır” (erməni tərəfinin rədd etdiyi-red.).
Bu barədə iranlı şərhçi və jurnalist Xəyal Müəzzin İran xarici işlər naziri Cavad Zərifin Ermənistana rəsmi səfərini Caliber.Az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu format Qafqazda sülhün qorunmasına və iqtisadi əlaqələrin inkişafına kömək edəcək:
“Düşünürəm ki, sonda İrəvan buna razı olacaq. Axı İrəvanın Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasətinin, regional əlaqələrin qurulmasından imtina etməsinin müharibədən sonra iqtisadiyyatı son dərəcə acınacaqlı vəziyyətdə olan Ermənistanın özünə ziyan vurması açıq-aydındır. Demək, Ermənistan hakimiyyəti xalqı xilas etmək istəyirsə, danışıqlar masasına oturub düşmənçilikdən imtina edəcək”.