Slovakiyalı siyasi şərhçi: “Fransanın Cənubi Qafqazdakı addımları Ermənistana yaxşı nəticələr vəd etmir”

Siyasət


“Ermənistan nə qədər yayınsa da, iki ölkə arasında sülhün imzalanması an məsələsidir, çünki onun Azərbaycan qarşısında beynəlxalq öhdəlikləri var”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina bildirib.

Onun sözlərinə görə, Ermənistan danışıqları təxirə salmağa və gecikdirməyə çalışır:

“Aydındır ki, Azərbaycan-Ermənistan münaqişəsi Azərbaycanın suverenliyinin xeyrinə başa çatıb. Ötən 20 ildə qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib. Ona görə də sülh müqaviləsinin nə vaxt imzalanacağı an məsələsidir. Gürcüstanda Azərbaycanın təklifi ilə birgə görüş isə Cənubi Qafqazda sülh prosesində həlledici və həyati vacib addımlardan biri kimi qəbul edilməlidir. Bəli, Ermənistan danışıqları təxirə salmağa və gecikdirməyə çalışır, çünki uduzan tərəfidir və danışıqları ləngitmə onların strategiyasıdır. Onlara kömək edə biləcək bir strategiya hazırlamağa çalışırlar, özləri üçün zərəri azaltmağa kömək edəcək bir strategiya”.

J.Hrabina vurğulayıb ki, Fransa Ermənistanı aktiv şəkildə birtərəfli dəstəkləyir:

“Onlara kömək etməyə çalışırlar. Bu ittifaq və ya tərəfdaşlıq Ermənistanın yeni təhlükəsizlik qarantı tapmasına guya yönəlib. Biz görürük ki, Fransa son bir neçə ildə Ermənistanla beynəlxalq ticarətin həcmini, xüsusən də hərbi-sənaye kompleksi üzrə artırır. Fransalı siyasətçiləri və qərar qəbul verən şəxslər Qarabağdakı son hadisələr zamanı Ermənistanı aktiv şəkildə dəstəkləyirdilər. Amma mən bu kimi addımların hansısa şəkildə nəticələrə müsbət təsir edəcəyini düşünmürəm. Bölgədə stabilliyi bərpa etmək və irəli baxmaq üçün Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər yaxşı olar”, – deyə o əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir