Suriyanın Deyr əz-Zövr və Həsəkə əyalətlərində şiə silahlı qruplaşmalarının pilotsuz təyyarələri Amerika hərbi bazalarına hücum edib.
Verilən məlumata görə, “İraqın İslam Müqaviməti” qruplaşması pilotsuz uçuş aparatları (PUA) vasitəsilə “Əl-Ömər” neft yatağı yaxınlığında və Əş-Şəddadda yerləşən ABŞ-nin hərbi bazalarına zərbələr endirib.
Hücum qruplaşmanın ABŞ-nin Homs əyalətindəki Ət-Tənf hərbi bazasına PUA-larla hücuma görə məsuliyyəti öz üzərinə götürməsindən bir neçə saat sonra baş verib.
Mənbə: Associated Press
www.102info.az