Rusiyalı məşhur müğənni Alla Puqaçova övladları ilə İsraili tərk etdikdən sonra yoxa çıxıb.
Bu barədə ailəyə yaxın mənbədən bildirilib.
Məlumata görə, o, uzun müddətdir ki, dostları və qohumları ilə əlaqə saxlamır.
“Puqaçova və uşaqları İsraildə deyil. Lakin onların Kiprdə olması ilə bağlı da heç bir məlumat yoxdur”, – deyə mənbədən bildirilib.
Puqaçovanın daşınmaz əmlakı haqqında məlumat əsasında onun harada ola biləcəyi ilə bağlı iki versiya var. Belə ki, o, altı il əvvəl Kiprdə villa alıb. Bundan başqa ifaçının ABŞ-nin Mayami şəhərində okean sahilində evi var. Lakin versiyaların heç biri hələ təsdiqlənməyib.
Xatırladaq ki, dünən Alla Puqaçovanın oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk etdiyi və gələn ili Kiprdə keçirməyi planlaşdırdıqları məlum olub.
Bundan əvvəl isə müğənninin əri Maksim Qalkin Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda ailəsi ilə birlikdə İsraildən mühacirət etməyi düşünmədiyini bildirmişdi.
Mənbə: KP.ru
www.RIA24.az