Sahib Məmmədov: “Azərbaycan DİM-lərin Təkmilləşdirilməsi üzrə Milli Öhdəlik sənədini BMT-yə təqdim edib”

Siyasət


“BMT Baş Assambleyasında keçirilən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Zirvə Toplantısı çərçivəsində Azərbaycan DİM-lərin Təkmilləşdirilməsi üzrə Milli Öhdəlik sənədini təqdim edib”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.

Nazir müavini bildirib ki, Azərbaycan dünyada bu sənədi təqdim edən 32 ölkədən biridir.

“2030 Gündəliyinin icrasının yarısında olmağımıza baxmayaraq, dünyada DİM-ə nail olunması üzrə proses çox asta gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir.

Sözügedən sənəddə Azərbaycanın 2022-26-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş hədəfləri, eyni zamanda “yaşıl” transformasiya, sosial və iqtisadi inklüzivliyə dair birinci və ikinci DİM dialoqlarının nəticələri əks olunub. Zirvə Toplantısının nəticələrinə əsasən – qəbul edilən siyasi bəyannamə 2030-cu ilə qədər DİM-lərə nail olmaq üçün yeni yol xəritəsi rolunu oynayır. Bu bəyannamə ilə DİM-lərə nail olunmasının gücləndirilməsinin əhəmiyyəti bir daha vurğulanır”, – S. Məmmədov bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir