SDU-nun prorektoru vəzifəsindən azad edilib

Cəmiyyət


Sumqayıt Dövlət Universitetinin (SDU) Elm və innovasiyalar üzrə prorektoru Ramazan Salam oğlu Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

“Report”un yerli bürosu xəbər verir ki, o, bundan sonra Xarici dillər kafedrasında professor-məsləhətçi kimi fəaliyyət göstərəcək.

Ramazan Məmmədov 01.07.1944-cü ildə Qax rayonunun Qum kəndində dünyaya gəlib. 1991-ci ildən 2014-cü ilədək SDU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışıb. 2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin edilib.

R.Məmmədov filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən səkkiz monoqrafiyası və dərs vəsaiti nəşr olunub.

Ailəlidir, üç övladı, beş nəvəsi var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir