Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Alinin barəsindəki hökmdən verilən apellyasiya şirkəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
Qeyd edək ki, Pakistan vətəndaşı Çaudhari Şahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.
www.102info.az