Qəzvin şəhərinin başçısı həbs edilib – FOTO

Dünya


Qəzvin şəhərinin başçısı həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bununla bağlı əyalətinin prokuroru Əli Şəbani şəhər başçısı Qulamhüseyn İslami Sədrin həbs edilməsinə toxunaraq bildirib ki, Qəzvin şəhərinin başçısı üç dəfə yalan məlumat yaymaq ittihamına görə 13 ay 17 gün şərti həbs cəzasına məhkum edilib.

Prokuror onun daha sonra bunu təkrar etdiyinə görə şərti həbs cəzasının inzibati həbslə əvəz edilərək, Qəzvin şəhər mərkəzi həbsxanasına göndərildiyini qeyd edib.

Məmurun hansı məlumatları yaydığına görə cəzalandırılması barədə dəqiq xəbər verilməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir