Bakının mərkəzində yerləşən tarixi abidələr haqqında veriliş hazırlanıb.
Tarixi abidələr haqqında İTV-də yayımlanan “Yaddaş” verilişində əməkdar incəsənət xadimi Rahib Azəri məlumat verib.
O bildirib ki, İçərişəhərdə aparılan elmi tədqiqat işləri və arxeoloji qazıntılar zamanı bir çox tarixi abidələr aşkar edilib:
“Məhz 1969-cu ildə burada bir karton fabriki yerləşirmiş. Karton fabrikinin binası söküləndə ekskavatorun kovuşu müəyyən dərinlikdə ilişir və aşkar olunur ki, burada çox qədim dövrlərdən qalma bir abidə var. Bu gün gözlərimiz önündə olan bu dini memarlıq abidəsi belə aşkar edilib”.
Ətraflı süjetdə:
www.RIA24.az