Keçəlliyə qarşı həblərin bəziləri kişilərdə impotensiya, depressiya, intihar düşüncələri və libidonun azalması kimi təhlükəli yan simptomlara səbəb ola bilər.
Bu barədə tanınmış amerikalı uroloq Edvard Şeffer xəbərdarlıq edib.
Onun sözlərinə görə, buna səbəb keçəlliyə qarşı həblərin tərkibində olan finasteridindir və mənfi nəticələr təxminən hər onuncu kişidə baş verir. Həkim bildirib ki, pasiyentlərin əksəriyyəti potensiya və psixi pozğunluqlarla bağlı problemləri bildiriblər.
“Simptomların davamlılıq müddəti çox dəyişir. Bəzi insanlar dərman qəbul etməyi dayandırır və bir neçə həftə sonra – preparat bədənindən təmizləndikdən sonra yaxşılaşır. Amma bu simptomları həmişəlik qalanları da tanıyıram”, – deyə həkim vurğulayıb.
Şeffer bu tərkibdə dərmanların ilk dəfə prostat vəzi xəstəliklərinin müalicəsində istifadə edildiyini deyir. Onun sözlərinə görə, bir müddət sonra pasiyentlərdə saçların sürətlə uzandığı görünüb. Mütəxəssislər araşdırma zamanı bunun finasteridinlə bağlı olduğunu öyrəniblər. Belə ki, bu maddənin testosteronun saçların tökülməsinə səbəb olan dihidrotestosterona çevrilməsinə mane olduğu məlum olub. Ancaq indi məlum olub ki, bu mexanizm bədəndə mənfi simptomlara da yol açırmış.
Mənbə: Lenta.ru
www.RIA24.az