“Ermənilərin təcavüzü nəticəsində Zəngilandan zorla ayrıldığım 1993-cü ili indiki kimi xatırlayıram, çox çətin günlər idi. Bu gün isə yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində torpaqlarımız işğaldan azad olundu”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində doğma yurduna qayıdan Zəngilan rayonunun Ağalı kənd sakini Zeynəb Alıyeva söyləyib.
Zəngilandan oktyabr ayında ayrıldığını bildirən Z.Alıyeva deyib: “Təxminən otuz ildən sonra eyni ayda – oktyabrda məcburi köçkün düşdüyümüz doğma yerlərə gedirik”.
www.RIA24.az