Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Cəmiyyət


Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Mirkazım qızı Tanrıverdiyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Zamin Teyyub oğlu Tanrıverdiyev könüllü polisə gələrək təslim olub.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir