Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını nəzərdən keçirir.
Verilən məlumata görə, Ermənistanın yüksəkrütbəli nümayəndəsi Nyu-Delhidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanan müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb.
Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon ABŞ dolları) təşkil edir. Həmin müqavilələrə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə ixrac edilən öz konstruksiyası olan “Pinaka” reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raketlər və bir partiya sursat göndərib.
“Indian Defence Research Wing” internet nəşrinin verdiyi məlumata görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti müqavilə çərçivəsində Ermənistana 155,5 milyon ABŞ dolları dəyərində altıyedəkli 155 mm-lik “ATAGS” haubitsası verib. Müqavilədə üç il ərzində Ermənistana bu tipli 90 artilleriya qurğusunun göndərilməsi nəzərdə tutulur.
Mənbə: The Economic Times
www.102info.az