Səhiyyə Nazirliyi Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrini aparacaq.
“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb.
Fərmanla nazirliyə səhiyyə sahəsində rəqəmsallaşdırmanı aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tətbiq etmək də tapşırılıb.
www.RIA24.az