Türkiyən sevilən aktyoru Erdal Özyağcılar Beşiktaşda bir məkanda işləyən gəncə yardım etməsinin qarşılığını ölüm təhdidi ilə alıb.
Bununla əlaqədar ustad aktyor prokurorluğa müraciət edib.
Onun sözlərinə görə, O.T. adlı şəxsə maddi vəziyyətinin ağır olması ilə əlaqədar mütəmadi yardımlar edib. Ancaq bir müddətdən sonra kömək eləməyi dayandırıb. Bundan sonra O.T. pul tələb edib, almadıqda isə təhqirlərə keçib, ardınca da aktyora hədə-qorxu gələrək, onu öldürəcəyini deyib.
O.T. artıq saxlanılıb. Ona qarşı talama cəhdi və təhqirə görə ittiham aktı açılıb.
İstintaq çərçivəsində ifadəsi alınan O.T. içki düşkünü olduğunu, müalicə aldığını və dediklərini xatırlamadığını bildirib. O, həmçinin aktyordan üzr istəyib.
“Lazım gəlsə, ondan aldığım pulu qaytararam”, – deyə O.T. bildirib.
O.T. yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.
Mənbə: Posta
www.RIA24.az