İlham Əliyev Ağdamda Qiyaslı məscidində olub – YENİLƏNİB+FOTO

Siyasət

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

AZƏRTAC xəbər verir ki, “ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov dövlətimizin başçısına məscidlə bağlı məlumat verdi.

Bildirildi ki, ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib. Bunlar bərpaçıdan verilən ilkin sənədlərdir.

Prezident İlham Əliyev: Buranın əvvəlki görüntüləri var? Kitablarda, şəkillərdə.

Ruslan Sadıqov: Bərpaçı tərəfindən belə təqdim olunur.

Prezident İlham Əliyev: İki minarə olub da burada?

Ruslan Sadıqov: Bəli.

XXX

Qeyd edək ki, bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.

13:18

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir