Tailandın “Thai Airways” dövlət aviaşirkəti stüardessalar üçün ekoloji cəhətdən təmiz yeni forma təqdim edib. Yenilənmiş formalar 70% təkrar emal edilmiş plastik liflərdən və 30% ipəkdən hazırlanır.
Bu barədə şirkətin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, əsasən, təyyarələrdə qalan PET şüşələrdən istifadə olunacaq.
“Thai Airways” qeyd edib ki, bir dəst forma yaratmaq üçün 54 termoplastik şüşə lazımdır.
Aviaşirkət stüardessalar üçün butulkalardan hazırlanacaq formanı 2024-cü il yanvarın 1-dən istifadə etməyi planlaşdırır.
Mənbə: Snob.ru
www.RIA24.az