“TRT Haber” Naxçıvanda keçirilən “Bir millət, iki dövlət” forumundan videoreportaj yayımlayıb – FOTO

Siyasət


“TRT Haber” Naxçıvanda keçirilən “Bir millət, iki dövlət” forumundan videoreportaj yayımlayıb.

“Report” xəbər verir ki, videoreportajda “Bir millət, iki dövlət” forumunun Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirildiyi vurğulanıb.

Süjetdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun videomüraciəti də yer alıb.

Həmçinin Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attarın jurnalistlərə müsahibəsi verilib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir