Gəncədə 1200-dən artıq şəhidin xatirəsi olan muzeyin sahibi danışıb.
Evini muzeyə çevirən “Qarabağ igidləri” muzeyinin təsisçisi Elnarə Tağıyeva bildirib ki, Zaur İsmayılzadə şəhadətindən əvvəl ona zəng vuraraq muzeydə adına guşə olmasını xahiş edib:
“Zaurun şəhid olduğunu çox gec bildim. Daha sonra anasını axtarıb tapdım. Zaurun anası Sevil xanım Birinci Qarabağ müharibəsinin iştirakçısı, veteran bacımızdır”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az