Cəlilabad rayonunda yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb.
“Report”un məlumatına görə, kəsilmiş-deşilmiş xəsarətləri alan rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Ə. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinədən sonra məlum olub ki, yeniyetmə bıçaqla başın müxtəlif nahiyələrindən xəsarətlər alıb. Hadisənin 18 yaşlı həmkəndlisi ilə aralarında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini N.Ə. saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az