İranın xarici işlər naziri Türkiyəyə yollanır

Dünya


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın 1-də Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı ilə aktual regional məsələləri və ikitərəfli əlaqələri, xüsusilə Fələstində baş verənləri müzakirə edəcəyi bildirilib.

Mənbə: TRT

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir