“Trabzonspor” klubunun balaca üzvünə bibər qazlı hücum: 12 saatdır reanimasiyadadır – FOTO/VİDEO

Maraqlı


Türkiyənin Bursa şəhərində insanlığa sığmayan hadisə baş verib. Belə ki, naməlum şəxs küçədə dostu ilə oturan doqquz yaşlı uşağa yaxınlaşaraq onun üzünə bibər qazı sıxıb.

Hücum edən şəxs sürətlə hadisə yerindən uzaqlaşıb, uşaq isə ağrılar içində qalıb və təcili yardımla xəstəxanaya aparılıb.

Ətrafdakı təhlükəsizlik kameraları baş verənləri qeydə alıb.

Qeyd edilir ki, uşaq “Trabzonspor” Futbol Məktəbinin şagirdidir. Hadisə vaxtı onun əynində klubun forması olub.

Görüntü sosial şəbəkədə paylaşıldıqdan hiddətə səbəb olub. Klubun azarkeşləri könüllü şəkildə cinayətkarın axtarışına başlayıblar.

Eyni zamanda klub da hadisə ilə bağlı açıqlama verib və hadisəni nəzarətdə saxlayacağını vurğulayıb.

Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən məktəbli 12 saatdır süni tənəffüs aparatına qoşulub.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir