Gəncədə nənənin küçəyə atdığı azyaşlı bacı-qardaşın vəziyyəti açıqlanıb

Cəmiyyət


05.04.2021-ci təvəllüdlü Miryusif Həsən oğlu Cəlilov və 16.06.2023-cü təvəllüdlü Mələk Həsən qızı Cəlilova 26.10.2023-cü ildə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətiriliblər.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunublar:

“Onların vəziyyəti orta ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir”.

Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Mehriban Ramiz qızı Cəlilova qəyyumu olduğu 2 yaşlı oğlan nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 3 aylıq qız nəvəsini də gətirərək hər iki uşağı İcra Hakimiyyətinin əməkdaşlarına verib və qızının övladları olan bu uşaqlara baxmaq istəmədiyini bildirib.

Qeyd edək ki, analoji hal qadının ilk övladı ilə də baş verib. Belə ki, o zaman da nənə qızının övladına baxmadığını qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir