Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi məqamları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə, binanın qarşısında öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə şübhəli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.
Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir.
08:58
Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Kəlbəcər Rayon Prokurorluğu məlumat yayıb.
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
www.102info.az