Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Tərlan Bahadır oğlu Məmmədov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.
www.102info.az