Bakıda həmyerlisini dəmir parçası ilə qətlə yetirməkdə təqsirləndirilən çinlinin məhkəməsi başlayır

Kriminal


Bakıda həmyerlisini qətlə yetirməkdə təqsirləndirilən Çin vətəndaşı Yuan Tiangangın məhkəməsi başlayır.

“Report”un məlumatına görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.

Qeyd edək ki, hadisə bu ilin iyulunda paytaxtın Nizami rayonunda baş verib.

Belə ki, Çin vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangang Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1975-ci il təvəllüdlü Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirib. Hadisə nəticəsində zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Y.Tiangang təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir